Türkiyənin “Beşiktaş” klubu mövsümün sonunda baş məşqçi dəyişikliyinə gedə bilər. Futbolinfo.az xəbər verir ki, cari mövsümə çempionluq hədəfi ilə başlasa da, hazırda lider “Fənərbaxça”dan 10 xal geridə olan İstanbul klubu Slaven Biliçlə yolları ayırmağı planlaşdırır.
 
"Qara qartal"ın bu posta ən real namizəd kimi vaxtilə “Beşikaş”a çempionluq yaşatmış, hazırda "Şaxtyor"u (Donetsk) çalışdıran Mirça Luçeskunu görür.
 
Xatırladaq ki, Luçesku 2002-04-cü illərdə "Beşiktaş"da işləyib.
Shares: