Dortmund "Borussiya"sı 2014/15 mövsümü üçün ilk transfer razılığını əldə edib. Futbolinfo.az xəbər verir ki, Almaniya mətbuatı “sarı-qaralar”ın "Herta"nın futbolçusu Adrian Ramosla anlaşdığını yazıb.
Yayda əsas qolçu Robert Levandovskinin heyətdən ayrılacağını nəzərə alan rəhbərlik məhz Ramosu ən layiqli əvəzləyici kimi görür. 28 yaşlı futbolçu özü də bu transferə razıdı. “Borussiya”nın qolçu ilə 3+1 illik müqavilə imzaladığı bildirilir. Bu keçidin Dortmund klubuna 10 milyon avroya başa gəldiyi qeyd olunub.
Qeyd edək ki, Ramos bu mövsüm Bundesliqada 16 qol vurub.