PSJ-nin yarımmüdafiəçisi Jeremi Menezlə yollarını ayırmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, İtaliya mətbuatına inansaq, mövsüm bitən kimi fransızlar oyunçunu göndərəcək.
Çünki Menezin Paris klubu ilə müqavilə müddəti iyunda başa çatır və ona hələ də yeni sözləşmə təklif olunmayıb. İddialara görə, "Roma"nın sabiq futbolçusu yenidən İtaliyaya qayıdacaq. Amma bu dəfə "Yuventus"un formasını geymək üçün.
Bununla da “Yuve” Jeremini havayı transfer etmiş olacaq.