“Bavariya"nın baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə matç öncəsi "qırmızı şeytanlar"ın keçmiş çalışdırıcısı Aleks Ferqyussonu yada salıb. Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis jurnalistlərə açıqlamasında bunları deyib:
“Sadəcə, komandaya ser Aleks Ferqyussonun rəhbərlik etdiyi 10-15 ili xatırlayın. Bu klubun əvvəlki kimi çox gözəl futbolçuları var. Yenidən Mançesterdə olmaq mənim üçün böyük şərəfdi. Sonuncu dəfə burada 2 il əvvəl olmuşam. Ümid edirəm ki, yaxşı oyun göstərəcəyik. Ferqyusson məşqilikdən getdikdən sonra məni yemək yeməyə dəvət etmişdi. Onunla çox yaxşı vaxt keçirdik. Ancaq mən ingiliscə yaxşı bilmədiyim, Fergüsson isə sürətlə danışdığından onun dediklərini anlaya bilmədim. Bəlkə də mənə MY-ni çalışdırmağı təklif etmişdi".