“Mançester Siti” rəhbərliyi komandanın yarımmüdafiəçisi Samir Nəsrini uzun illər “Ettihad”da görməık istəyir. Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” müqaviləsinin yenilənməsi ilə bağlı olaraq artıq danışıqlara başlayıb.
Bunu futbolçu özü açıqlamasında deyib. 2011-ci ildə “Arsenal”dan “Mançester Siti”yə keçən Nəsri komandada qalmaq arzusunda olduğunu dilə gətirib: “Biz danışıqlara yenicə başlamışıq. Hələlik razılaşma əldə olunmayıb. Amma məsələ həll olunmalıdı. Burada qalmaq istəyirəm. Hiss edirəm ki, məni qiymətləndirir. Baş məşqçi isə mənə etibar edir”.
Fransız futbolçunun hazırkı müqaviləsi növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.