PSJ-nin hücumçusu Zlatan İbrahimoviç çox güman ki, cari mövsümün sonuna kimi komandaya qayıtmayacaq. Futbolinfo.az xəbər verir ki, İsveç millisinin futbolçusu Çempionlar Liqasının 1/4 final mərhələsinin "Çelsi" ilə ilk oyununda aldığı zədədən sonra bərpa olunmağa davam edir.
 
Paris klubunun həkimləri İbranın qayıdışının dəqiq müddətini açıqlamırlar. Məşqçilər heyəti isə oyunçunun sağlamlığıyla risk etməyi planlaşdırmır.
 
PSJ mövsümün sonuna kimi 5 matç keçirəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp