İspaniya nəhəngi "Barselona" yay transfer dönəmində Xavyer Maskerano ilə yollarını ayırmayacaq. Futbolinfo.az xəbər verir ki, artıq bu barədə ciddi qəraralınıb. Müdafiə xəttində problemlər yaşayan katalonlar "Napoli"nin təklifini geri çevirib.
 
"Marca"nın verdiyi xəbərə görə, hətta tərəflər müqavilənin detallarını müzakirə etmişdilər. Ancaq La Liqa nəhəngi Maskeranonu satmaqdan imtina edib. Buna səbəb FIFA tərəfindən "Barsa"ya qoyulan transfer qadağasıdı. Maskeranonu satacağı təqdirdə onun yerini doldura bilməyəcəyini nəzərə alan klub rəhbərliyi fikrindən daşınıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp