İngiltərənin "Çelsi" klubunun kapitanı  Con Terri yayda ölkə daxilində komandasını dəyişə bilər. Futbolinfo.az xəbər verir ki, ingilis futbolçu ilə "Mançester Siti"  yaxından maraqlanır. 
 
London təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq Terri ilə yeni sözləşmə imzalaya bilər. Lakin "Çelsi"nin bir illik müqavilə təklifi 33 yaşlı futbolçunu narazı salıb. "Mançester Siti" klubu isə Terriyə iki illik müqavilə təklif edib. Təcrübəli futbolçunun "Çelsi" ilə anlaşmayacağı təqdirdə yeni mövsümdən "Mançester Siti"də oynayacağı bildirilir. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp