Millimizin və "Sumqayıt"ın yarımmüdafiəçisi Uğur Pamukun futbolinfo.az saytına müsahibəsi
 
– Növbəti turda "Bakı"nı qəbul edəcəksiz. Paytxat klubuna qarşı oyuna hazıqlıqlar necə gedir?
– Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Digər komandalara qarşı olduğu kimi, "Bakı" ilə oyuna da ciddi hazırlaşırıq.
 
– Komandada əhval-ruhiyyə necədi?
– Əhval-ruiyyə əladı. 4 oyundu ki, məğlub olmuruq. "Neftçi" üzərində qələbə bizə əlavə motivasiya verdi. İnşallah, "Bakı"ya qarşı da eyni oyunu nümayiş etdirib, nəticə qazanacağıq.
 
– Necə düşünürsüz, "Bakı" ilə oyunda da məğlubiyyətsizlik seriyanızı davam etdirə biləcəksiz?
– Çox vaxt "Neftçi"dən sonra "Bakı" ilə qarşılaşırıq. Keçən il "Neftçi"ni Mehdi Hüseynzadə adına stadionda 3:2 hesabı ilə udduqdan sonra, növbəti turda "Bakı"ya qalib gəldik. Ötən dövrədə "Neftçi"ni evdə 2:0 hesabı ilə udduqdan sonra "Bakı" ilə heç-heçə oynadıq. İnanıram ki, bu dəfə də "Bakı" ilə oyunda xal qazanacağıq.
 
– Ola bilərmi ki, "Neftçi" "Sumqayıt"ı ciddiyə almadığı üçün məğlub oldu?
– İnanmıram ki, "Neftçi" və yaxud da digər komandalar bizi zəif bilsin. Ola bilsin ki, orada başqa problemlər var. Hər kəsə yaxşı komanda olduğumuzu sübut etmişik. "Sumqayıt" təzə yarananda zəif ola bilərdi. Ancaq indi bizi heç kim zəif komanda kimi tanımır.
 
– "Bakı"nı necə dəyərləndirirsiz? Son turda "İnter"ə 0:4 hesabı ilə uduzdu…
– "Bakı"nın "İnter"lə oyunda zəif çıxış etməsini gözləmirdim. "İnter" çox güclü oynadığı üçün 4 qol vura bildi. Bu da bizim işimizə yaraya bilər. Çünki "Bakı" psixoloji cəhətdən yaxşı durumda deyil. Buna baxmayaraq, çıxıb öz oyunumuzu oynayacağıq. "Bakı" "İnter"in hirsini bizdən çıxmağa çalışacaq.
 
– Sizcə, bu, onlarda alınacaq?
– Xeyr, bu, çətin olacaq. Hazırda biz yaxşı formadayıq.
 
– Komandanızın son turlarda yaxşı nəticələr qazanmasını nə ilə əlaqələndirirsiz?
– Məqşlərdə yüksək səviyyədə hazırlaşırıq. Hər kəs meydana qələbə üçün çıxır. Ən önəmlisi də axırıncı pillədən qurtulmaq üçün oynayırıq.
 
– Demək olarmı ki, "Neftçi" üzərində qələbə qazanmaqla "Sumqayıt" elitadakı yerini təmin etdi?
– Xeyr, çünki qarşıda hələ 5 tur var. Düzdü, 3 xal irəlidəyik. Ancaq qarşıda "Bakı" ilə oyunumuz var, "Rəvan" da AZAL-la qarşılaşacaq. Premyer Liqada qalacağımıza inanıram.
 
– Nəzərə almaq lazımdı ki, "Rəvan"ın başı hələ kuboka qarışıb…
– Biz öz oyunumuza baxırıq. "Rəvan"ın nə etdiyi bizi maraqlandırmır.
 
– Müqavilənizin başa çatmasına az müddət qalıb. "Sumqayıt"da qalmaq, yoxsa "Xəzər Lənkəran"a qayıtmaq fikrindəsiz?
– Müqaviləyə görə, "Xəzər Lənkəran"a məxsusam. İnşallah, çempionat qurtarandan sonra bu suallara daha ətraflı cavab verə bilərəm.
 
– Sizin üçün "Sumayıt"da, yoxsa "Xəzər Lənkəran"da oynamaq daha rahatdı?
– Mənim üçün əsas oynamaqdı. "Xəzər Lənkəran" məni geriyə çağırsa, məcbur olub gedəcəm.
 
– "Xəzər Lənkəran"a könülsüz gedəcəksiz, yoxsa necə?
– Hər kəs "Xəzər Lənkəran" kimi komandada oynamaq istəyər. Əlbəttə ki, cənub klubunda oynamaq istəyərəm.
 
– Necə düşünürsüz, "Sumqayıt"da çıxış etdiyiniz müddət ərzində Mustafa Dənizlinin gözünə girməyi bacarmısız?
– Fikrimcə, bunu bacarmışam. Ancaq hələ ki, mənə heç kim heç nə deməyib. Çağırsa, lap yaxşı. Çempionat qurtarandan sonra bu haqda nəsə deyə bilərəm.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp