DÇ-2022-yə ev sahibliyi edəcək Qətər FIFA-nı aldadıb. Futbolinfo.az xəbər verir ki, yarışı keçirmək hüququ qazanmamışdan öncə 12 stadion tikəcəyinə söz verən ərəb ölkəsi, fikrini dəyişib.  Qətərin artıq 12 deyil, 8 stadion tikəcəyi bildirilir. Ölkə rəsmiləri açıqlama verməkdən yayınaraq, ancaq tikiləcək stadion sayı ilə bağlı mübahisələr olduğunu bildirməklə kifayətləniblər.
 
Həddən artıq isti iqlimi səbəbindən turnirin keçirilməsi hüququnu qazanmamışdan öncə və sonra tənqid edilən Qətər stadionların sərinlədilməsi üçün bütün tədbirlərin örüləcəyinə, yeni stadionlar, təhlükəsizlik sistemləri və hava limanları üçün 200 milyard dollar xərclənəcəyinə də söz vermişdi. Amma yarışın keçirilməsi hüququnu əldə edəndən sonra stadionların tikintisində çalışan minlərlə insanın təhlükəsizlik problemi yaşanır və onlarla insanın tikinti zamanı həyatını itirib. Bu səbəbdən də dünya çempionatının Qətərdən alınması tələbi daha tez-tez səslənməyə başlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp