Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Bavariya" üzərindəki inamlı qələbədən sonra jurnalistlərə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis "Alyans Arena"da qalib gəlmələrini özü üçün yenilik hesab etmədiyini bildirib:
 
"Qüsursuz futbol oynadıq. İlk hissədəki performansımız daha möhtəşəm idi. Komandam kollektiv şəkildə mükəmməl oynadığını göstərdi. Beyl və Ronaldo bir komandada oynaya bildiklərini sübut etdilər."Burda əvvəllər də qələbə qazanmışam. "Real" 12 ildən sonra yenidən ÇL-ın finalında oynayacaq. Bu, bizim ilk hədəfimiz idi. Finala çıxmaq asan deyil".
 
"Real"ın finaldakı rəqibi bu gün keçiriləcək "Çelsi"  – "Atletiko" cütünün qalibi olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp