Bu gecə Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, dünən “Bavariya”nı darmadağınla keçən “Real”ın finaldakı rəqibi bu axşam Londonda, “Stemford Bric” arenasında müəyyənləşəcək.
 
İngiltərə təmsilçisi “Çelsi” doğma divarlar arasında cari mövsüm böyük sensasiyaya imza atan İspaniyanın “Atletiko” (Madrid) klubunu qəbul edəcək.
 
Madriddə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların finala çıxmaq şansları eyni qiymətləndirilir. Qarşılaşmaya sadəcə olaraq “Çelsi” azarkeş amilinə görə nisbi üstünlüklə çıxacaq.
 
Heyətlərə gəlincə ötən matçda zədələnən “zadəganlar”ın əsas qapıçısı Peter Çex yenə də meydanda olmayacaq. Eden Hazardın isə bu görüşdə meydana çıxma ehtimalı var. “Atletiko”da heyətlə bağlı hər hansı çətinlik yoxdu.
 
Çempionlar Liqası
Yarımfinal (cavab oyunları)
30 aprel
 
23:45. Çelsi (İngiltərə) – Atletiko (Madrid, İspaniya) (İlk oyun – 0:0)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp