"Neftçi" 33-cü turda "Bakcell Arena"da "Qəbələ"ni qəbul edəcək. Fubtolinfo.az xəbər verir ki, flaqman bu oyuna Böyükağa Hacıyevin rəhbərliyi altında klub bazasında hazırlaşır.
 
"Ağ-qaralar" sabah "Bakcell Arena"da növbəti məşqə çıxacaq. "Qəbələ" ilə matç öncəsində komandada ciddi itkilər var. Belə ki, cəzalı olan Araz Abdullayev, Erik Ramos və Denis Sİlva "qırmızı-qaralar"la oyunu buraxmaq məcburiyyətində olacaq.
 
Bahodir Nasimov və Mirhüseyn Seyidovun isə zədəsi hələ davam edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp