"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə cavab qarşılaşması öncəsi mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, argentinalı London klubunun müdafiə üslubunda oynamasına hörmətlə yanaşdığını bildirib:
 
“Çempionlar Liqasında finala yüksəlməyi çox istəyirik. Ancaq bunun üçün yaxşı oynamalıyıq. Özümüzə güvənirik. Yaxşı müdafiə olunmaq asan deyil. Bunu bacara bilən komandaları təbrik edirəm. Futbolda ancaq hücum etməliyik deyə bir şey yoxdu. Rəqib səhvi bağışlamayan komandadı. Buna görə də diqqətli olmalıyıq".
 
"Çelsi" – "Atletiko" oyunu bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp