İspaniya La Liqasının son turunda "Vilyareal" – "Barselona" matçında yerli azarkeşlərin qonaqların futbolçusu Dani Alveşə banan atmasından sonra bu hadisə  sosial şəbəkələrdə gündəmi zəbt edib. Futbolinfo.az xəbər verir ki, Neymar, Halk kimi futbolçulardan sonra bu dəfə də Türkiyə millisinin baş məşqçisi Fatih Terim braziliyalıya dəstək olub.
 
O, qarşısına yığılmış bananların üzərinə müxtəlif dillərdə “İrqçiliyə yox” şüarı yazaraq şəkil çəkdirib və bu fotonu "Twitter"də paylaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp