"Qalatasaray"ın mətbuat xidməti son vaxtlar adı klubla hallanan çalışdırıcı Mirça Luçesku ilə bağlı rəsmi açıqlama verib. Futbolinfo.az xəbər verir ki, məlumatda hər il məşqçi dəyişdirmək fikrində olmadıqları vurğulanıb:
 
"Bu cür xəbərlər həqiqəti əks etdirmir. Mançini yeni mövsümdə də komandanın başında olacaq".
 
Bir çox mətbuat orqanları ötən günlərdə İstanbula gələn Luçeskunun məhz “Qalatasaray”la danışıqlar məqsədilı səfər etdiyini iddia edirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp