İspaniyanın "Real" (Madrid) klubunun ulduzu Qaret Beyl Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya 4:0 qalib gəldikləri oyundan sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, fantastik hesabla qələbə qazandıqlarını deyib:
 
“Bu oyuna çox hazırlaşmışdıq. "Bavariya" istədiyimiz kimi oynadı. Əks-hücumlar etmək üçün rəqib bizə yaxşı fürsət verdi. Bütün komanda yoldaşlarım yaxşı oyun nümayiş etdirdi. Finala yüksəldiyimizə görə xoşbəxtik. Hədəfimizə çatmağa bir addım qalıb. Rəqibimiz kimliyindən asılı olmayaraq bizi çətin oyun gözləyir".
 
Beyl mövsümün əvvəlindən “Real”ın şərəfini qoruyur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp