"Milan"ın braziliyalı ulduzu Kaka iyunda klubdan ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, 32 yaşlı oyunçu  ailəsi ilə məsləhətləşdikdən sonra "Milan"dan gedib-getməyəcəyi ilə bağlı qərar verəcəyini  deyib:
 
"Mən burada qalmaq istəyirəm. Ancaq ailəmin də fikri mənim üçün çox önəmlidi. Qərarımı buna uyğun verəcəm”.
 
Ötən ilin yayında "Real"dan "Milan"a keçən “sambaçı”nın ölkəsinə və ya ABŞ-a yollanma ehtimalları var. Yeni mövsümdən etibarən onun karyerasını bu iki ölkədən birində davam etdirəcəyi gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp