"Barselona"nın qapıçısı Viktor Valdesin yeni mövsümdən etibarən çıxış edəcəyi klub dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, hələ cari mövsümün əvvəlində Katalonlarla müqavilə yeniləməyəcəyini açıqlayan qolkiper "Monako" klubu ilə 4 illik müqavilə imzalayacaq. 
 
Bu haqda "France Football" nəşri məlumat verib. Valdes daha öncə "Mançester Siti"dən təklif alsa da, təcrübəli qapıçı Fransanı seçib.
 
2002-ci ildən "Barselona"nın şərəfini qoruyan Valdes 6 dəfə La Liqa, 3 dəfə ÇL çempionluğu yaşayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp