Madrid "Real"ı Çempionlar Liqasının yarımfinalda "Bavariya"nı mübarizədən kənarlaşdırmaqla bir sıra rekordlara imza atıb. Futbolinfo.az xəbər verir ki, Münhen klubunu ümumi hesabda 5:0 devirən “qalaktikos” tarixində 17-ci dəfə avrokubokların finalında oynamağa haqq qazanıb.
 
Hansı ki, bunu indiyədək yalnlz “Barselona” bacarmışdı. Üstəlik ÇL-də 13 dəfə finala çıxmaqla bu sahədə isə şəriksiz rekord qırıb.
 
“Real” bu qələbə ilə həm də 12 illik final həsrətinə son qoyub. Son 3 ildə mübarizəni yarımfinalda dayandıran “Kral Klubu” sonuncu dəfə 12 il final oynamışdı. Üstəlik bu oyun onların “Bavariya” ilə 10-cu səfər duelində ilk qələbəsi kimi yadda qalıb.
 
Son olaraq oyunda dubl edən Kriştianu Ronaldo cari mövsüm qitənin ən nüfuzlu klub turnirində qol sayını 16-a çatıdırb. Bununla da o, Lionel Messinin 2012-ci ildəki 14 qolluq rekordunu tarixə gömüb.
 
Ronaldo ÇL-də bir mövsümdə 16 qol vuran yeganə futbolçu olub. Nəzərə alsaq ki, qarşıda hələ bir oyun var, portuqaliyalı özünəməxsus rekordu yeniləyə də bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp