Braziliya futbolunun məşhur siması Artur Ziko ölkə yığmasının hazırkı vəziyyətini dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, "sambaçı” DÇ-2014-ün finalında komandanı görəcəyinə əmin olduğunu bildirib:
 
"Skolarinin Braziliya yığmasındakı işi təqdirəlayiqdi. O, millinin heyətini əla futbolçulardan təşkil etməyə çalışır. Ev sahibi kimi komandanı mundiala yüksək səviyyədə hazırlaşdırır. İnanıram ki, onda hər şey yaxşı alınacaq. Finala çıxacaqlar. İstərdim ki, finalda Braziliya və Argentina yığmaları qarşılaşsın və millimiz qələbə qazansın".
 
Braziliya DÇ-də A qrupunda Xorvatiya, Meksika və Kamerun yığmaları ilə mübarizə aparacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp