Mövsümün bitməsinə 4 tur qalmış "Rəvan"dan göndəriləcək bir futbolçunun adı məlum olub. Futbolinfo.az xəbər verir ki, bu, nigeriyalı hücumçu Oke Akpovetadı.
 
Qış "transfer pəncərəsi" zamanı komandaya cəlb olunan forvardla 1,5 illik müqavilə imzalanmışdı. Nigeriyalı ilk vaxtlarda özünü yaxşı tərəfdən göstərsə də, son zamanlar işinə laqeyd yanaşmaqdadı. Əldə etdiyimiz məlumata görə, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə cavab, Topaz Premyer Liqasının 32-ci turunda isə AZAL-la səfər matçlarında Okenin sərgilədiyi oyun rəhbərliyin ciddi narazılığına səbəb olub. Üstəlik, əcnəbi hücumçunun yüngül zədəsini əsas gətirərək, məşqlərdən yayınmaq cəhdi tərəflər arasında narazılığı daha da böyüdüb. Bu səbəbdən də, “Rəvan” mövsüm başa çatandan sonra ümidləri doğrultmayan Akpovetanı yola salacaq.
 
Qeyd edək ki, Oke bu gün Bakını tərk edib. O, zədəsini əsas gətirərək iki günlük icazə alaraq Danimarkaya yollanıb. Legioner futbolçu dost-tanışı ilə görüşdükdən sonra yenidən Bakıya qayıdacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp