Topaz Premyer Liqasının 33-cü turunda "İnter"in qonağı olacaq "Sumqayıt" bu oyuna hazırlığı davam etdirir. Futbolinfo.az xəbər verir ki, "bankirlər"lə matç öncəsində "kimyaçılar" ciddi itki ilə üzləşib.
 
"Sumqayıt"ın baş məqşçisi Aqil Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, o, "İnter"lə oyunda Uğur Pamukun xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb futbolçunun zədəli olmasıdı.
 
Qeyd edək ki, "İnter" -"Sumqayıt" matçı mayın 2-də keçiriləcək və saat 17:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp