Yaşıl meydanlar cari mövsüm daha iki ulduz futbolçu ilə vidalaşacaq. Futbolinfo.az xəbər verir ki, İtaliya “İnter”inin əfsanəvi siması Xavyer Zanetti mövsümün sonunda karyerasını başa vurmaq qərarına gəlib.
 
Bu barədə Milan təmsilçisinin sahibi Erik Toxir klubun rəsmi saytına açıqlamasında deyib: “Biz artıq 2 aydı ki, Zanetti ilə gələcəyi necə gördüyü ilə bağlı görüşürük. Əslində isə qərar qəbul edilib – Xavyer komandanın menecment heyətinə daxil olacaq. Bundan əlavə, komandanın kapitanı ilə razılığa gəlmişik ki, mövsümün sonunda “İnter”ə avrokuboklara vəsiqə qazanmaq lazımdı”.
 
Zanetti 1995-ci ildən “İnter”də oynayır. O, bu müddət ərzində 16 kubok qazanıb.
Zanetti kimi əslən argentinalı olan, lakin İtaliya millisinin şərəfini qorumuş Mauro Kamoranezi də peşəkar karyerasına son qoymaq qərarına gəlib. 37 yaşlı Argentina “Rasinq”i ilə müqaviləsini ləğv edərək aktiv futbol həyatına son qoyub.
 
Əslində o, iyunda karyerasını bitirməyi planlaşdırırdı, amma baş məşqçi Reynaldo Merlo ilə münaqişə yaşayan futbolçu qərarını 1 ay tez rəsmiləşdirib.
 
Mauro İtaliya millisi ilə DÇ-2006-nın qalibi olub. O, “Yuventus” formasıyla karyerasının ən parlaq dövrünü yaşayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp