"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yarımfinalında "Atletiko" (Madrid) klubu ilə cavab qarşılaşması öncəsi maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bunları dilə gətirib:
 
"PSJ ilə cavab görüşündə çoxları bizim qələbə qazanacağımızı gözləmirdi. Amma bu oyun fərqlidi. Qol vurmaq onlar üçün daha yaxşı olacaq. "Atletiko" yaxşı müdafiə olunur və rəqib qapılarına yol tapmağı bacarır. Rəqib çox güclü komandadı. Final görüşünün oynanılacağı Lissabona onsuz da gedəcəm, ancaq futbolçularımın da mənimlə gedib-getməyəcəyi bu gün bəlli olacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp