Ötən gecə keçirilən "Bavariya" – "Real" oyununda xoşagəlməz yaşanıb. Futbolinfo.az xəbər verir ki, Münhen klubunun ulduzu Frank Riberi matçın 45-ci dəqiqəsində rəqib müdafiəçi Daniel Karvahala sillə vurub.
 
Kameralardan yayınmayan bu an hakimin gözündən yayınıb. İki futbolçunun mübahisəsindən sonra araya Jerom Boatenq girib və oyunçuları sakitləşdirib.
Riberinin rəqib oyunçuya sillə vurması isə sosial şəbəkələrdə böyük reaksiyaya səbəb olub. Fransız futbolçunun bu hərəkətinə görə cəzalanması tələb olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp