Braziliyanın "Lance" qəzeti DÇ-2014-ün iştirakçıları ilə bağlı maraqlı xəbər yayıb. Futbolinfo.az xəbər verir ki, FİFA hər bir yığmaya mundialda hansı tələblərinin olması ilə bağlı sorğu göndərib.
 
Bəzi komandalardan gələn cavablar isə qeyri-adi olub. Portuqaliya yığması 6 nəfər cangüdən sifariş edib. Onlardan 4-ü Kriştianu Ronaldonu qoruyacaq.
 
Ekvador millisi hər gün üçün bir səbət banan təıləb edib. Yaponiya yığmasının istəyi isə hər bir futbolçu üçün ayrı-ayrılıqda hidromassajlı vannadı. Əlcəzairlilər hər bir üzvünün Quranı olacağını deyib. Ən çox tələb edilən isə yüksək sürətli internet olub.
 
Ən maraqlı tələblərdən birini Fransa yığmasının çalışdırıcısı Didye Deşam edib. O hər bir otaq üçün hər gün yeni sabun istəyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp