Mayın 2-də Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində “İnter” – "Sumqayıt” qarşılaşması baş tutacaq. Futbolinfo.az xəbər verir ki, bu oyunun hazırlığına çərşənbə günündən start verən “bankirlər” bu gün “Şəfa” stadionunda növbəti məşqçinə çıxıb.
 
Qaçış və yüngül isinmə hərəkətlərindən sonra futbolçula topla çalışıblar, taktiki tapşırıqlar üzərində işləyiblər və bir neçə komandaya bölünərək futbol oynayıblar.
 
Qeyd edək ki, bel nahiyyəsindən zədə alan Ruslan Əmircanov fərdi proqram üzrə məşq edir. Ötən matçda zədə alan Laşa Salukvadze isə hələ məşqlərə qatılmır.
 
Xatırladaq ki, “İnter” – “Sumqayıt” qarşılaşması mayın 2-də baş tutacaq. Oyun saat 17:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp