May ayında “Araz Naxçıvan” klubunun ev oyunlarının keçirildiyi Naxçıvan Muxtar Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin sıxlığını nəzərə alaraq, futbol üzrə Azərbaycan 1-ci divizionunun təqvimində dəyişikliklər edilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilən oyunların keçirilmə vaxtı dəyişdirilib:
 
29-cu turun “Araz Naxçıvan” – “Mil-Muğan” və “Bakılı” – “Energetik” oyunları 11 may 2014-cü il tarixdən 7 may 2014-cü il tarixə keçirilib.
 
30-cu turun “Araz Naxçıvan” – “Energetik” oyunu 18 may 2014-cü il tarixdən 12 may 2014-cü il tarixə keçirilib. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp