"Qarabağ" "Bakı" ilə oyunun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 33-cü turunda  paytaxtın eyniadlı komandasının qonağı olacaq Ağdam təmsilçisi dünən istirahət edib.
 
Bu gün isə komanda 1 çalışma ilə kifayətlənib. Günün yeganə məşq prosesi Suraxanı qəsəbə stadionunda baş tutub. Ağdam klubu sabah da 1 məşqlə günü bitirəcək.
 
Qeyd edək ki, "Bakı" – "Qarabağ" oyunu mayın 2-də Biləcəridə – "Bakı"nın təlim-məşq bazasında keçiriləcək və saat 15:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp