Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Milan" yayda heyətini "Mançester Yunayted"in qol silahı Robin Van Persini almağı planlaşdırır. Futbolinfo.az xəbər verir ki, A Seriyası klubu Hollandiya millisinin 30 yaşlı futbolçusu üçün qarşı tərəfə Mario Balotellini verməyə hazırdı.
 
Məlumatda bildirilir ki, "Milan"ın baş məşqçisi Klarens Zeedorf həmyerlisini komandasına gətirməyə razı salacaq. Ancaq onun yeni mövsümdə "rossoneyerlər"i çalışdırıb-çalışdırmayacağı sual altındadı.
 
Balotelli artıq İngiltərə futboluna bələddi. Çünki o, "Milan"a "Mançester Siti"dən gəlib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp