İspaniyanın "Real" (Madrid) klubunun üzvü Xabi Alonso Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya" ilə keçirdikləri görüşü (4:0) şərh edib. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan ispaniyalı futbolçu finalda oynamayacağı üçün təəssüfləndiyini bildirib:
 
"Bu qələbə bütün komanda üçün çox önəmli idi. Üç dəfə ardıcıl yarımfinalda məğlub olmuşduq. Ancaq bu dəfə işin öhdəsindən layiqincə gəldik. Bununla belə, biz işin hələ yarısını görmüşük. Finalda da qələbə qazanmaqla kuboka sahib çıxmaq istəyirik. Təəssüf ki, mən finalda oynaya bilməyəcəm. Lakin düşünürəm ki, komanda yoldaşlarım qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər və mən də finalda oynamadığımı unudacam".
 
"Bavariya" ilə cavab matçında sarı vərəqə almaqla cəzalı duruma düşən Alonso final görüşünü buraxacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp