Xəbər verdiyimiz kimi, Bakıda UEFA-nın təşklatçılığı ilə "UEFA Coaching Programme" çərçivəsində "Fitness For Football" seminarı keçirilir. Futbolinfo.az xəbər verir ki, seminarda UEFA nümayəndələri, fiziki hazırlıq üzrə mütəxəssislər, Azərbaycan milli komandaının baş məşqçisi Berti Foqts, köməkçiləri, AFFA-nın Texniki direktoru Bernhard Lippert, müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının məşqçiləri, Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçi və məşqçiləri, həmçinin Andorra, Belarus, Belçika, Estoniya, Farer adaları, Gürcüstan, Cəbəllütariq, Qazaxıstan, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Rusiya, San Marino və Ukraynanı təmsil edən mütəxəssislər iştirak edirlər.
 
 
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp