Madrid "Real"ının ulduzu Kriştianu Ronaldo komandasının Çempionlar Liqasındakı çıxışını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu yarımfinalda "Bavariya" ilə keçirdikləri görüşdən sonra finala yüksəlməyə layiq olduqlarını deyib:
 
"Birinci hissədə üç qol vurmağımız bizim üçün çox yaxşı oldu. Qarşılaşmanın çətin keçəcəyini bilirdik, ancaq ilk hissədə istədiyimiz nəticəni əldə etdik. Üç mövsümdür ard-arda yarımfinalda mübarizəni dayandırırdıq. Bu dəfə finalda oynamağa layiqik. Beylin möhtəşəm ötürməsini qola çevirdim. Rekord qırdığım üçün xoşbəxtəm, ancaq mənim üçün daha önəmli olan ÇL-in kubokunu qazanmaqdı. Final mənim ölkəmdə olacaq. Çempionlar Liqasını qazanmaq istəyirəm".
 
Oyunda dubl edən Ronaldo ÇL-də qollarının sayını 16-ya çatdıraraq rekord qırıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp