UEFA maliyyə feyr-pleyi qaydaları çərçivəsində aparılan araşdırmaların nəticəsini açıqlamaq üzrədi. Futbolinfo.az xəbər verir ki, avrokuboklarda mübarizə aparan 237 klubdan 76-sının maliyyə ilə bağlı problemləri var. Onlardan 20-sinin isə cəza alması gözlənilir.
 
Məlumatlarda bildirilir ki, "Real", "Barselona", "Arsenal", "Napoli", "Borussiya" (Dortmund) və "Bavariya"da hər şey qaydasındadı. Bu klublar UEFA-nın Maliyyə Fair-Playı qaydaları çərçivəsində heç bir cəza almayacaq.
 
"Eurosport"un iddiasına görə, "Atletiko", "Yuventus" və "Roma" kimi klublar risk altındadı. UEFA bu klubların başını arğıda bilər. PSJ, "Çelsi", "Liverpul", "Mançester Siti" və "İnter" isə cəza almağa ən real namizədlərdi. Büdcələrindəki qeyri-sabitlik bu klubları UEFA-nın onlarla bağlı araşdırmalar aparmasına səbəb olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp