“Arsenal”ın baş məşqçisi Arsen Venger komandasının türk əsilli futbolçusu Məsut Özilin oyunundan razıdı. Futbolinfo.az xəbər verir ki, fransalı mütəxəssis futbolçunun İngiltərə Premyer Liqasına adaptasiyasının başa çatmaq üzrə olduğunu düşünür:
 
“O, zədədən sonra dincələrək, yenilənib. Bu onun İngiltərədə birinci mövsümüdü. Yeni il ərəfəsində ona çox çətin idi. İndi isə ona sürət və düşüncə qayıdıb. Mən həmişə demişəm ki, İngiltərədə adaptasiyaya bir mövsüm tələb olunur”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp