Hollandiyalı mütəxəssis Lui Van Qala “Mançester Yunayted” arasında danışıqlarda anlaşılmazlıq yaranıb. Futbolinfo.az xəbər verir ki, tərəflər komandanın hazırkı müvəqqəti baş məşqçisi Rayan Giqzin taleyi ilə bağlı razılığa gələ bilmirlər.
 
Dünya çempionatından sonra Hollandiya millisini tərk edəcək van Qal “MY” rəsmilərinə açıq şəkildə bildirib ki, məşqçi kimi Giqzin xidmətinə ehtiyacı yoxdu. O bunu özünün artıq formalaşmış məşqçi heyətinin olması ilə izah edib.
 
Xatırladaq ki, Rayan Devid Moyesin istefaya göndərilməsindən sonra müvəqqəti baş məşqçi təyin edilib. Rəhbərlik komandanın simvoluna çevrilən Giqzin istefaya göndərilməsindən sonra oyunçular arasında ruh düşkünlüyü yaranacağını güman edir. Məhz buna görə də, “Mançester Yunayted”in van Qallın namizədliyindən imtina edəcəyi istisna olunmur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp