UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, “Bavariya”nı darmadağınla keçən “Real”ın finaldakı rəqibi ötən gecə Londonda, “Stemford Bric” arenasında müəyyənləşib.
 
İngiltərə təmsilçisi “Çelsi” doğma divarlar arasında cari mövsüm böyük sensasiyaya imza atan İspaniyanın “Atletiko” (Madrid) klubunu qəbul edib. Madriddə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların finala çıxmaq şansları eyni qiymətləndirilirdi. Qarşılaşmaya sadəcə, azarkeş amilinə görə “Çelsi” nisbi üstünlüklə çıxmışdı. Amma “Atletiko” səfərdə oynamasına baxmayaraq, çətin rəqibini inamlı qələbə sayəsində məğlub etməyi bacarıb və finala yüksəlib.
 
Beləliklə, ÇL-in finalında iki İspaniya klubu qarşılaşacaq. "Real" – "Atletiko" derbisi mayın
 
Çempionlar Liqası
Yarımfinal (cavab oyunları)
30 aprel
 
Çelsi – Atletiko -1:3 (İlk oyun – 0:0)
Qollar: Torres, 36 – Adrian, 44, D.Kosta, 61-pen, A.Turan, 72.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp