UEFA PSJ-ni ağır cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb klubun maliyyə qaydalarına riayət etməməsidi. "L'Equipe" qəzetinə inansaq, yüksək məbləğli transferlərlə diqqət çəkən Paris təmsilçisi normadan 30 milyon avro artıq pul xərcləyib.
 
Bu səbəbdən qitənin ali futbol qurumu kluba bir neçə cəza verib. Ən ağır cəzalar sırasında klubun 60 milyon avro cərimələnməsi olub. Hansı ki, paytaxt təmsilçisi bu pulu üç mövsüm ərzində ödəməlidi.
 
Fransa nəhənginə qoyulan tələblər də var. Belə ki, bundan sonra komandanın gəlirləri ilə xərcləri arasındakı fərq 30 milyon avronu keçməməlidi.
 
Ən əsası isə PSJ artıq ÇL-ə 25 yox, 21 futbolçu ilə getməli olacaq. Üstəlik oyunçulara ödənən illik maaşın ümumi həcm 240 milyon avrodan çox olmayacaq. Hər “pəncərə”də transfer etmək üçün minimum 1 oyunçu satılmalı və ümumi transfer büdcəsi 60 milyon avronu keçməməlidi.
 
Göstərilənlərə əməl olunmasa, kluba başqa cəzalar da tədbiq ediləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp