İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Şinci Kaqava daha bir klubdan təklif alıb. Futbolinfo.az xəbər verir ki, "Monako"dan sonra İtaliya nəhəngi “Napoli" də yapon futbolçunun xidmətində maraqlı olduğunu açıqlayıb.
 
Kaqava Neapol təmsilçisinin baş məşqçisi Rafael Benitezin transfer siyahısında yuxarı pillələrdədi. İtaliya təmsilçisi bu transfer üçün 18 milyon avrosundan keçməyə hazırdı. "Qırmızı şeytanlar" Kaqavanı daha yüksək məbləğə satmağı düşündüyündən təklifə münasibət bildirməkdə tələsmir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp