"Liverpul"un baş məşqçisi Brendan Rocers Premyer Liqada "Kristal Pelas"la gözlənilməz bərabərlikdən (3:3) sonra bədbin açıqlama verib. Futbolinfo.az xəbər verir ki, çempionluq yolunda böyük zərbə alan mersisaydların çalışdırıcısı birincilikdən əl çəkdiklərini deyib:
 
"Bu oyunda qələbə qazanmalı idik. "Mançester Siti"nin qarşıda iki çətin matçı var. Ancaq onların bu görüşlərdə də qalib gələrək çempion olacağını düşünürəm".
 
Qeyd edək ki, bu heç-heçə ilə xallarını 81-ə çatdıran "Liverpul" liderliyini qoruyub. Ancaq  zirvənin sahibindən cəmi bir xal geridə qalan "Mançester Siti"nin son turdan əlavə ehtiyatda daha bir oyunu var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp