Madrid "Atletiko"sunun hücumçusu David Vilya komandasının La Liqada çempionluq şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, ispan futbolçu əsas favorit olduqlarını iddia edib:
 
"Bizim üçün sürpriz deyilən bir şey yoxdu. Əsas hədəfimiz qarşıdakı iki oyunda qələbə qazanmaqla çempion olmaqdı. "Barselona" ilə matça da bu prinsiplə çıxacağıq. Üç komanda arasında La Liqanın favoriti hələ də bizik. Çünki hər şey öz əlimizdədi. Təbii ki, zirvədə qalmaq çox çətindi. Bunu dərk edirik. Bununla belə, "Nou Kamp"a yalnız qələbə üçün gedəcəyik. Tək düşüncəmiz budu".
 
Sona 2 tur qalmış “Atletiko” ən yaxım rəqibi “Barselona”nı 3 xal qabaqlayır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp