Fransa nəhəngi PSJ Kavani ilə yollarını ayırmağı düşünmür. Futbolinfo.az xəbər verir ki, bir müddətdi mətbuatda uruqvaylının “Park de Prins”i tərk edəcəyi yazılsa da, klub prezidenti Nasser Əl Xəlaifi 27 yaşlı komandada saxlamaq istədiklərini açıqlayıb.
 
Bununla onun illik gəliri də artırılacaq. PSJ-də əsas heyət uğrunda rəqabəti Zlatan İbrahimoviçə uduzan Kavani yeni mövsümdən aparıcı hücumçuya çevriləcəyi bir komandaya transfer olmaq istədiyini bildirib.
 
Qeyd edək ki, "Mançester Yunayted" klubu Kavani üçün PSJ-yə 54 milyon funt təklif etsə də, Fransa təmsilçisi bununla razılaşmamışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp