İtaliyanın "İnter" klubunun kapitanı Xavyer Zanettinin mövsümün sonunda karyerasını başa vuracağı barədə məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, argentinalı xavbek bunu öz açıqlaması ilə də təsdiqləyib:
 
40 yaşlı futbolçu karyerasını baş vurmağın əsl vaxtı olduğunu bildirib: "Mövsümün sonunda karyeramı başa vuracam. Çünki əsl vaxtıdı. Xoşbəxt insanam. Futbol mənim həyatımdı və o, mənə hər şey verdi. Karyeram ərzində futboldan ancaq zövq aldım. Təəssüf ki, zədədən sonra əvvəlki formamı bərpa edə bilmədim. Gələcək karyeram üçün qorxmuram. Əminəm ki, bundan sonrakı həyatım da çox maraqlı keçəcək".
 
Zanetti 1995-ci ildən "İnter"in şərəfini qoruyur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp