“Çelsi”nin baş məşqçisi Joze Mourinyo yeni mövsümdə hücum xətti ilə bağlı planlarından söz açıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis irəlidə “qatil” kimi hücumçuya ehtiyac duyduqlarını bildirib:
 
“Müdafiədə aqressiv oynayan, qol vurmaqdan çox öz qapısının toxunulmazlığını qoruyan komandalara qarşı oyunlarda problemlə üzləşirik. Heyətdə yüksək səviyyəli futbolçularımız var. Lakin çətin anlarda komandaya kömək olan, bütünlüklə müdafiə olunan kollektivlərlə qarşılaşmalarda qol vura biləcək hücumçuya ehtiyac duyuruq. Odu ki, bizə qatil instinktinə sahib futbolçu lazımdı. Digər hücumçularımıza hörmətlə yanaşırıq. Amma bu danılmaz faktdı ki, mövsümlərarası fasilədə əsas işimiz məhz hücumçu tapmaq olacaq”.
 
“Çelsi”nin hücum xətti Samuel Eto`O, Demba Ba və Fernando Torresdən ibarətdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp