Təbrizin "Traktorsazi" klubunun İran vətəndaşı olan erməni əsilli Andranik Teymuryanla müqavilə bağlaması aranı qarışdırıb. Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisinin erməni oyunçunu transfer etməsi etirazla qarşılanıb. Bu transfer ciddi müzakirələrə səbəb olub.
Bu hadisələrdən sonra Təbriz klubunun fanatları azarkeşlərə müraciət edərək Andranikin kluba transferinin fars rejimi tərəfindən atılan məqsədli addım olduğunu bildiriblər.
Bundan əlavə, qeyd ediblər ki, Teymuryanın alınması ilə millətçi azarkeşləri "Traktorsazi"dən soyutmaq istəyirlər.
"Traktorsazi"nin fanatlarının oyunlarında Teymuryana tribunalardan təzyiq edəcəyi də bildirilir.