"Bavariya"nın futbolçusu Xerdan Şakiri qış transfer dönəmində komandasını dəyişə bilər. Futbolinfo.az xəbər verir ki, 23 yaşlı oyunçunun xidmətində "Yuventus", "İnter" və "Liverpul" maraqlıdı. Məlumata görə, hər 3 klub Şakiri üçün almanlara 15 milyon avro təklif ediblər.
Turin klubu 3 milyon avro qarşılığında gənc futbolçunu icarəyə götürməyə, daha sonra 12 milyon ödəməklə transfer haqqlarını almağa razıdı. Belə olan halda məbləğ 3 il müddətinə veriləcək ki, bu da Münhen klubunu qane etmir.
"İnter" sonradan 15 milyon avro ödəməyə razı olmaqla Şakirini pulsuz icarəyə götürmək istəyir.
"Liverpul" isə sözügedən məbləği dərhal verməyə hazırdı.
Şakirinin taleyinə bu ay aydınlıq gələcək.