İspaniya mətbuatı Madrid "Real"ıyla bağlı ortaya maraqlı iddia atıb. Futbolinfo.az xəbər verir ki, mətbu orqan klub prezidenti Florentino Peres və Dortmund "Borussiya"sının prezidenti Raynhard Rauball Marko Roysun kral klubuna mümkün keçidi haqqında ilkin razılıq etdiyini yazıb.
 
Xəbərə görə, 25 yaşlı futbolçunun müqaviləsində 25 milyon avro qarşılığında sərbəst qalma maddəsi var. Tərəflər arasındakı razılığa əsasən, "Real" Roysu transfer etmək məsələsində digər klublardan bir addım öndədi.
Beləliklə, Roysu almaq istəyən PSJ, "Mançester Siti", "Çelsi" və "Bavariya" "Real"la rəqabətdən qalib ayrılmaq üçün ispanların verəcəyi puldan daha yüksək məbləğ təklif etməlidilər.
Shares: