Bu gün Topaz Premyer Liqasında 19-cu turun növbəti oyunu keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL evdə paytaxtın digər klubu "Neftçi" ilə qarşılaşır.  
"AZAL Arena"da keçirilən oyunda qonaq komandanın "Forza Neftçi" adlanan azarkeş qrupu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova əlehinə şüarlar səsləndirərək, onu istefaya səsləyiblər. Onlar "Xaqani, qocalmısan" deyə qışqırıblar.
Maraq üçün qeyd edək ki, "Neftçi" prezidentinin müşaviri Elnur Əşrəfoğlu da cari movsüm Zaqatalada baş tutan "Simurq"la oyundan sonra Məmmədova hücum çəkmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp