Almaniya Bundesliqasında 18-ci turun oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, "Bavariya" səfərdə "Volfsburq"la üz-üzə gəlib. 
5 qolun qeydə alındığı qarşılaşmada münhenlilər 1:4 hesabı ilə uduzublar. Bu qarşılaşma bir sıra maraqlı faktlarla əlamətdar olub. "Bavariya"nın sözügedən matçda buraxdığı qolların sayı komandanın mövsümün ilk yarısında buraxdığı qolların sayına bərabərdi. "Pivəçilər" sonuncu dəfə Bundesliqada böyükhesablı məğlubiyyəti 2009-cu il, aprelin 4-də yaşamışdı.  Maraqlısı isə odu ki, "Bavariya" həmin vaxt da "Volfsburq"la üz-üzə gəlmişdi (1:5).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp